• cümə, 19 Aprel, 15:10
  • Baku Bakı 25°C

Dörd ölkə BMT Baş Assambleyasının təcili iclasının çağırılması üçün müraciət edib

04.12.16 21:18 1039
Dörd ölkə BMT Baş Assambleyasının təcili iclasının çağırılması üçün müraciət edib
Bu gün Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri Suriyanın Hələb şəhərində vəziyyəti müzakirə etmək üçünBMTBaş Assambleyasının təcili iclasının keçirilməsi üçün müraciət ediblər.
APA-nın "Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, bu ölkələrBMTTəhlükəsizlik Şurasının konsensus olmadığı üçün bu məsələni həll edə bilmədiyini nəzərə alıb,BMTBaş Assambleyasının təcili iclasının keçirilməsini vacib hesab ediblər.
Hələbdə hazırda hökumət və azad MüxalifSuriyaOrdusu arasında qanlı döyüşlər gedir. Şəhərin şərq hissəsi müxaliflərin nəzarətindədir. Müxalifləri mühasirəyə alanSuriyaordusu hücumlarını davam etdirir.
banner

Oxşar Xəbərlər