• cümə, 29 Mart, 13:03
  • Baku Bakı 14°C

Dr. Hande Harmancı Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi təyin edilib

14.09.18 13:51 595
Dr. Hande Harmancı Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi təyin edilib
Dr. Hande Harmancı (Türkiyə) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı yeni nümayəndəsi olaraq fəaliyyətə başlayıb.
Trend-in məlumatına görə, "BMT Qadın Liderlər” proqramının məzunu olan Dr. Hande Harmancı, qlobal və milli səviyyələrdə 28 illik tibb universiteti müəllimliyi və tədqiqatçı təcrübəsinə malik ictimai səhiyyə mütəxəssidir.
Dr. Harmancı Azərbaycana təyinatından öncə 13 il ərzində ÜST-ün müxtəlif bölümlərində fəaliyyət göstərib. O, ÜST-nin baş qərargahında tibb təhsili üzrə xüsusi məsləhətçi kimi səhiyyə sahəsində tədris proqramlarının hazırlanmasına məsul olub.
2009-cu ildə dünyada H1N1 epidemiyası yayılan zaman Qlobal Qrip Proqramı çərçivəsində hazırlıq, informasiya və təlim komandasının rəhbəri vəzifəsində çalışıb.
2011-2018-ci illər ərzində Qlobal Hepatit Proqramı çərçivəsində fəaliyyət göstərib. Proqramın əsas təsisçilərindən biri kimi öz səylərini geniş yayılan hepatitin aradan qaldırılması üzrə qlobal strategiyaya yönləndirib, ölkələrə qlobal məqsədlərə nail olmaqda dəstək göstərib və ÜST-ün hepatit üzrə əməkdaşlıq mərkəzlərinin fəaliyyətini əlaqələndirib.
ÜST-yə qoşulmazdan öncə Hande xanım 1994-2005-ci illərdə Marmara Universitetində ictimai səhiyyə üzrə professor və İstanbulda səhiyyə xidmətləri üzrə direktor vəzifələrində çalışıb.
Dr. Harmancı həmçinin, yetkin təhsil və təlimi, tədris materiallarının hazırlanması və öyrədilməsi üzrə Master təlimçidir.
İngilis, türk, fransız və Azərbaycan dillərində sərbəst danışır.
banner

Oxşar Xəbərlər