• cümə axşamı, 28 mart, 13:38
  • Baku Bakı 16°C

DQMK və TQDK-nın ləğvinə başlanılıb

22.10.16 14:30 1889
DQMK və TQDK-nın ləğvinə başlanılıb
"Dövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxs oktyabrın 19-da dövlət qeydiyyatına alınıb”.APA-nın xəbərinə görə, bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) DİM-də birləşib.

M. Abbaszadə qeyd edib ki, DİM-də ləğvetmə komissiyaları fəaliyyətə başlayıb: "Hazırda çox ciddi ləğvetmə prosesi gedir”.

Qeyd edək ki, Azərbaycan prezidentiİlham Əliyevaprelin 11-də Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Fərmanda müəyyən edilib ki, DİM dövlət qeydiyyatına alındığı andan DQMK və TQDK ləğv edilir, onların istifadəsində olan dövlət əmlakı DİM-in balansına verilir.
banner

Oxşar Xəbərlər