• cümə, 26 Aprel, 11:28
  • Baku Bakı 12°C

DQİDK-nın dəstəyi ilə Cocuq Mərcanlıda ilk layihə tədbiri keçirilib

18.01.18 16:00 528
DQİDK-nın dəstəyi ilə Cocuq Mərcanlıda ilk layihə tədbiri keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi iləCəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icması tərəfindən Cocuq Mərcanlı kənd məktəbində "Azərbaycan gənci: millilik, qazilik, şəhidlik” adlı layihə çərçivəsində ilk maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə,Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsininmüdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşı Mehdixan Zeynalov, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xanlar Zeynalov, "Əmək” ordenli, kənd sakini Oqtay Həziyev, kənd məktəbinin direktoru Zamin Həziyev, Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icmasının sədri Elman Piriyev, müəllimlər və icma üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icmasının sədri Elman Piriyev bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri olan məscid tikilib və bu, işğalçı Ermənistana və beynəlxalq aləmə bir mesajdır. E. Piriyev onu da vurğulayıb ki, 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələri tərəfindən təhlükəsizliyi tam təmin edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi dövlət başçımızın diqqət vəqayğısı nəticəsində qısa müddət bərpa olunub və kənd ərazisində abadlıq-quruculuq işləri həyata keçirilib.
Daha sonra çıxış edən Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə dövlətimizin gənclərə göstərdiyi qayğını xüsusi vurğulayaraq bildirib ki,gənclərin problemlərinin həllihər zamanölkə rəhbərliyinindiqqət mərkəzindədir.2016-cı il aprel döyüşlərindən də danışan C. Əlfizadə vurğulayıb ki, aprel şəhidləri gənclər üçün qəhrəmanlıq nümunəsidir
Daha sonra Cocuq Mərcanlı kənd sakini, "Əmək” ordenli Oqtay Həziyev, şəhid atası Şəmil Həsənov, kənd ağsaqqalı Avçı Məmmədov, məktəbin müəllimi İsmət Həziyev, Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə və başqaları çıxış ediblər.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib
banner

Oxşar Xəbərlər