• cümə, 29 Mart, 04:46
  • Baku Bakı 7°C

Doğuş zamanı daha bir ana ölümü...

04.02.15 09:32 1153
Doğuş zamanı daha bir ana ölümü...
Lənkəran rayonunda 29 yaşlı qadın doğuş zamanı dünyasını dəyişib.
APA-nın məlumatına görə, hadisə gecə saatlarında Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) Doğum şöbəsində qeydə alınıb.
Ciftin tam ayrılması, hemoragik şok və 34-35 həftəlik hamiləlik diaqnozu ilə xəstəxanaya daxil olan Cəlilabad rayonunun Alar kənd sakini, 1986-cı il təvəllüdlü Rəhimə Şahəli qızı Nuriyeva dərhal əməliyyata götürülüb. Qeysəriyyə əməliyyatı olunan qadının 3,7 kiloqramlıq oğlan uşağı dünyaya gəlib. Doğuşdan dərhal sonra R.Nuriyevanın təzyiqi aşağı düşüb, qanaxma baş verib.
Həkimlərin səylərinə baxmayaraq ananın həyatını xilas etmək mümkün olmayıb.
R.Nuriyevanın meyiti müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.
İlkin versiya olaraq qadının ölümünə kəskin qanaxmanın və ya ağciyər arteriyasının tromboemboliyasının səbəb olduğu bildirilir. Ölümün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
banner

Oxşar Xəbərlər