• cümə, 19 Aprel, 13:33
  • Baku Bakı 25°C

Doğum günündə başında yumurta sındırdılar

13.06.18 10:25 731
Doğum günündə başında yumurta sındırdılar
İyunun 12-də Braziliya yığmasının futbolçusu Filipp Koutino doğum gününü qeyd edib.
Koutino ağlına da gətirməzdi ki, onu doğum günündə nələr gözləyir... Kaspi.az xəbər verir ki, Braziliya yığmasının üzvləri ona qeyri-adi sürpriz hazırlayıblar.
Məşq zamanı Koutinonun başında sözün əsl mənasında yumurta sındırıblar. Ona ilk hücumu Neymar edib. Ardınca isə Marselo köməyə gəlib. Beləliklə, yarımmüdafiəçinin başını "yumurta mazı” ilə rəngləyiblər. Ardınca isə onun üstünə un töküblər. Koutino komanda yoldaşlarının əlindən canını qaçmaqla qurtarıb.
İyunun 12-də Koutino 26 yaşını qeyd edib.
banner

Oxşar Xəbərlər