• cümə, 29 Mart, 09:52
  • Baku Bakı 5°C

Dostu deyir ki, Ronaldo inciyib

30.05.18 14:20 726
Dostu deyir ki, Ronaldo inciyib
"Real”ın futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının final qarşılaşmasından sonra verdiyi açıqlamada komandanı tərk edə biləcəyinə eyham vurub.
Kaspi.az xəbər verir ki, Ronaldonun yaxın dostu, jurnalist Nunu Qomeş bu məsələ ilə bağlı açıqlama verib. O, Ronaldonun klub rəhbərliyindən incidiyini bildirib:
"Düşünmürəm ki, Kriştiano "Real”ı tərk edəcək. Ancaq Ronaldo ona verilən vədin yerinə yetirilməməsindən narazıdır. Hesab edirəm ki, klubla futbolçu razılığa gələcəklər.
Ronaldo dünyanın ən yaxşı futbolçusudur. Ancaq onun o qədər də çox məvacib almadığını da deməliyəm. O, "Barselona”nın İnyesta, Xavi və Messiyə göstərdiyi münasibəti özünə qarşı "Real”da görmək istəyir.
Ronaldo ilə Florentino Peresin münasibətləri soyuyub. Prezident ona vəd etmişdi ki, müqaviləni uzadacaq və məvacibini artıracaq. Ancaq o, bu barədə kluba müraciət edəndə, deyiblər ki, hələ uyğun vaxt deyil.
Artıq mövsüm başa çatıb. Hələ heç nə yoxdur. Rəhbərliyin vədini yerinə yetirməməsi Ronaldonu məyus edib”.
banner

Oxşar Xəbərlər