• cümə, 29 Mart, 03:31
  • Baku Bakı 7°C

Dostoyevskinin Hollivud izi

07.11.16 10:56 2849
Dostoyevskinin Hollivud izi
Dmitri Andreyeviç Dostoyevski - böyük yazıçının nəslindən olması ilk baxışdan görünür. Onlar bir-birinə çox oxşayır - Fyodor Mixayloviç və onun nəticəsi. O, Sankt-Peterburqda yaşayır. Amma "Ədəbiyyat və kino” festivalının keçirildiyi Qatçində fəal görünüşü ilə fərqlənir və heç kimə darıxmağa imkan vermirdi.
"Özünü məhv etdi, uşaqları da bu işdə ona kömək etdilər”
- Mixail Şoloxovun nəvəsi Aleksandr Şoloxov bir dəfə Radişevin nəslinin nümayəndəsi ilə görüşündən danışdı. Ulu babasına necə oxşaması Aleksandrı heyran etmişdi. Siz də ulu babanıza çox oxşayırsınız. Başqa tanınmış nəsillərin nümayəndələri ilə görüşməyə imkanınız olubmu?
- Bir vaxtlar zadəganları birləşdirən yığıncaqda seçilmiş nümayəndə kimi çıxış edirdim. Orada bir çox tanınmış soyadlar, o cümlədən, Karantin nəslinin nümayəndələri iştirak edirdi. Onlar da özlərinin məşhur qohumlarına çox bənzəyirdilər. Məşhur insanların xələfləri ilə görüşəndə, ilk növbədə onların zahiri görkəminə fikir verirsən. Yaxından tanış olandan sonra isə xarakterlərini öyrənirsən. Bir çox daxili keyfiyyətlər nəsldən-nəslə keçir. Əgər Fyodor Mixayloviç haqqında danışırıqsa, onun suyuşirin insan olmasını unutmaq olmaz. Bu xüsusiyyət müəyyən dərəcədə mənə də keçib. Həmçinin, mənim oğlum, nəvələrim də bu xarakterdədirlər. Atamın və babamın məktublarında həmin şirinliyi necə məhəbbətlə xatırlamalarına rast gəlmişəm. Fyodor Mixayloviç mütəmadi siqaret çəkirdi. Yaxın əcdadlarımı araşdırmışam və onların siqaret çəkməyə vərdiş etdikləri məlum olub. Dostoyevskinin həyat yoldaşı Anna Qriqoryevna xatirələrində ərinin siqareti-siqaretin ardınca çəkməsindən bəhs edib. Uşaqları bir qədər böyüyəndən sonra Fyodor Mixayloviç tütünün iki növünü qarışdırırmış. Görünür, uşaqlar bu qarışığı sevirlərmiş. Onlar papirosu doldurmaqla məşğul olurmuşlar. İndiki anlamda isə onlar ataları üçün zəhər hazırlayırmışlar. Özü də ataları ciyər xəstəliyindən əziyyət çəkirdi. Antibiotiklər hələ mövcud deyildi, ona görə də o, özünü məhv etdi və uşaqları da bu işdə ona kömək etdilər.
- Məşhur qohumluq sizin həyatınızı müəyyənləşdirdimi?
- Şübhəsiz... "Sizin məşhur yazıçı ilə münasibətiniz vardımı?” - deyə kimsə soruşanda, mən həmin adamın gözünün içinə baxıb "bununla danışmağa dəyərmi?” - deyə qərar verirəm. Fyodr Mixayloviçin qızı Lyuba "nə üçün hamı mənim atam haqqında danışır, niyə mənim haqqımda danışmırlar, mən də yazacağam” deyə bilərdi. Və Lyuba da yazdı. Deməzdim ki, onun istedadı vardı. Ö, özünü böyük zəhmətlə yazdıqlarını oxumağa məcbur edirdi. Anna Qriqoryevnanın nə vaxtsa etiraf etdiyi bir söz var: "dahilərin övladları hesabına təbiət dincəlir”. Lyuba bütün həyatını çətinliklə yaşamışdı. Ərə getməmiş, uşaq doğmamışdı. Nəslin xətti ona çatanda qırıldı. O, özünü xüsusi qadın hesab edirdi. Lyuba seçəcəyi adamla nəslini alçaldacağından qorxurdu. O, köhnə Rusiyanın qubernatoruna ərə getmək istəyirdi, amma o, Lyubanı saymırdı. Lyubanın Lev Tolstoyla ünsiyyəti də böyük sevgi macərasına çevrilmədi. O, Lev Tolstoyla birgə hansısa pyesi yazmışdı. Nəticədə onlar ayrılmışdılar.
Dostoyevskinin öz ailəsi ilə bağlı gələcəyi xəbər vermək xüsusiyyəti vardı. Ölüm yatağında olanda, uşaqlarını çağırıb və onlara azğın oğul haqqında pritça oxuyub. Onun hər iki övladı evdən ayrılıb. Yazıçı onlara təsir edə bilməyəcəyini başa düşürdü. Lyuba hələ heç bir rusun ölkədən getmək barədə düşünmədiyi bir vaxtda, Rusiyanı tərk etdi. 1912-ci ildə anasına Avropaya müalicəyə getdiyini, sonra qayıdacağını desə də, son nəfəsinə qədər xaricdə yaşadı və orada da vəfat etdi. Anası yaşaması üçün ona atasının nəşr edilən kitablarından əldə olunan pulu göndərirdi. Anna Qriqoryevnanın Lyubadan kazinoda oynamamasını xahiş edən faciəvi məktubu var. O, məktubunda qızına atasının kədərli nümunəsini xatırladırdı. Başqa heç yerdə bu xatırlamaya rast gəlməmişəm. Ola bilər ki, Lyuba özünü ələ alıb və daha kazinoda oynamayıb. Lyuba Drezdendə doğulmuşdu, onu Avropaya çəkən də bu idi. Qardaşı Fedya isə Peterburqda doğulub. Anası ona "Avropaya get, bir az istirahət et” deyəndə, "ora mənim nəyimə lazımdır” cavabını vermişdir. Fedya ömrü boyu cıdır atlarını saxlamaqla məşğul olmuşdur. Maraqlıdır ki, Fyodor Mixayloviçin bacıları Moskvada qalsalar da, qardaşları Peterburqa köçdülər.
- Dostoyevskinin nəticəsi olduğunuzu biləndə neçə yaşınız vardı?
- 15 yaşında idim. Anam biləndə ki, artıq bunu demək olar, hər şeyi mənə danışdı, ancaq "bu barədə az danış” xəbərdarlığını da etdi. Zaman belə idi. Mən də böyük nəvəm Annaya onun məşhur əcdadı haqda danışmağa tələsmədim. Yeni il günlərində biz onunla Dostoyevskinin muzeyinə getdik. Yaxınlıqda yazıçının abidəsi yerləşir. Anya artıq oxumağı bacarırdı. O, barmaqlarını hərflərin üzərindən çəkib, "oy, mən də Dostoyevskiyəm” dedi. Mən elə oradaca Dostoyevskinin mənim ulu babam olduğunu ona izah etdim.
- Bəs sizin oğlunuz?
- O, tədricən məni əvəz edir. Mən Fyodor Mixayloviçlə əlaqələrimiz haqqında ona təzyiq etməyəcəyim barədə dərhal qərar verdim. Düşündüm ki, özü müstəqil formalaşsa yaxşıdır.
- Onun ixtisası nədir?
- Pedaqoji universiteti bitirdi, ancaq ingilis dili müəllimi ixtisası üzrə işləmədi. Bu da genimizlə bağlıdır. Fyodor Mixayloviç yüksək təhsil almışdı, mühəndis-topoqraf idi. Ancaq yarım ildən sonra istefa verdi, azad insan oldu və yazmağa başladı. O vaxtlar ədəbi əməklə dolanmaq asan deyildi. Turgenyevin, Tolstoyun əllərinin altında onlar üçün işləyən kəndlilər var idi. Dostoyevskinin isə belə dayağı yox idi. Oğlu Fyodor bircə gün də dövlət xidmətində işləmədi. Nəvəsi Andreyin - mənim atamın ömrünün böyük bir hissəsi sovet dövründə keçdi. O, sənaye institutunu bitirdi. Sonra müharibə başladı və o, ilk gündən cəbhəyə yollandı. 1946-cı ildə yaralandı və erkən təqaüdə göndərildi. Mən prinsipə düşərək, ali təhsildən imtina etdim.
- Prinsip nədə idi?
- Aya 80 rubl əmək haqqı alıb mühəndis işləməyin mənasız olduğunu düşündüm. Çox şeyə nail olmaq istərdim. Mənim 21 peşəm var. Tramvay sürücülüyündən başlayaraq, 21 peşə qazanmışam.
Sovet dövründə məni qaçağan hesab edirdilər. Kadrlar şöbəsində əmək kitabçama baxıb, mənə ehtiyatla yanaşırdılar. Gözlərimə diqqətlə baxır və sonda qəbul edirdilər. Onlar məni əyyaş hesab edirdilər.
"Bilmirəm ki, kimin həyatını yaşayıram”
- Siz Dostoyevskinin Fondunu yaratmaqla, firavan yaşamağa nail oldunuz?
- Hələ gəncliyimdə "Mən böyük insanın nəticəsiyəm, onun hesabına, yoxsa özüm müstəqil yaşaya bilərəm” düşüncəsinə hakim idim. Həyatım iki hissəyə ayrıldı: bir hissəsi Fyodor Mixayloviçə aid idi, ikincisi isə mənim şəxsi həyatım idi. Ancaq nəyisə qəsdən yaratmaq ağlıma gəlmədi. Əsas məqsədim soyadı nişanə kimi qorumaq idi. Yəni bu soyadın hər yerdə və «Dostoyevski kazinosu» kimi üzə çıxmasını istəmirdim.
- Ancaq yazıçının adını daşıyan otel var...
- Müvafiq sənədlər mənə oteli ulu babamın adına adlandırandan sonra çatdı. Nəyisə dəyişdirməyə əlimdən heç nə gəlmədi. Mənə moskvalıların dörd hissəni aldıqlarını və "Dostoyevski” adlı qonaq evi tikdiklərini xəbər verib, buna münasibətimi soruşdular. "Qoy belə olsun” dedim. Hətta, Anna Qriqoryevna Volqa çayı üzərində eyniadlı gəminin olmasına da etiraz etmədi. O, Yaltada Dostoyevski küçəsində yaşayırdı.
- Sizi başqa şəhərlərə, Dostoyevski ilə bağlı tədbirlərə dəvət edəndə əsas istəkləri nə olur?
- Əsas istəkləri nəslin nümayəndəsi kimi təmsil olunmağımdır. Kobud desəm, toyun generalı qismində çağırırlar. Bu məni təmin etmir. Mən məruzələr edirəm. Məsələn, uşaqların həyatı, Anna Qriqoryevnanın uşaqlara və onların analarına məktubları haqqında danışıram. O sənədlər "Puşkinin evi”ndə yerləşir və o vaxtdan bəri məndən başqa onlara heç kim toxunmayıb. Fyodor Mixayloviçin pivəni çox sevdiyini o məktublardan bilmişəm. Anna Qriqoryevna dayandıqları şəhərlərdə maraqlı yerlərin olduğunu yazırdı. Onlar o yerlərdə oturur, təbiəti seyr edir, pivə içirdilər. Bu içki mənim ailəmdə az əhəmiyyəti olmayan ərzaq idi. Mən özüm bundan uzaqlaşdım, oğlum isə xoşlayır.
- Məşhur nəsil haqqında yeni faktlar, tapıntılar üzə çıxarmaq mümkündür?
- Bizim "Karamazov qardaşları”nın qaralama əlyazmasını tapmaq şansınız var. Əlyazmanın oğurlanaraq 1918-ci ildə Rusiyadan Gürcüstana aparılması haqda müəyyən izlər var. Hesab edirəm ki, əlyazma yandırılmayıbsa, gizlədilib. Həmin əlyazmada yazıçının qiymətsiz tekstoloji düzəlişləri yer alıb. Amma ümumilikdə, çox şeylər itib, məsələn, "Besov”un əlyazmaları və məktubları yoxdur. Bir şeyi də yada salım: Dostoyevskinin uşaqları Fedya və Lyuba dərslərini pis oxuyurdular. Fedya mütəmadi olaraq anasına dərslərdən yayındığını yazırdı. Bir gün qaçıb bağda gəzərkən, saçı ağarmış bir generalla rastlaşıb. Söhbət zamanı məlum olub ki, general Sibirdə qulluq etdiyi zamanlarda Fyodor Mixayloviçin 20-ə yaxın köhnə məktubuna rast gəlib. Dostoyevskilər köhnə Rusiyada ev aldıqları zaman məlum olub ki, həmin sahəni vaxtaşırı su basır. Lyuba orada tək qalan vaxtlarda əşyaları birinci mərtəbədən ikinciyə daşıyan olmamışdı və Dostoyevskinin məktubları islandığından Lyuba onları atmışdı.
- Gəlin, ailə ağacını yenidən təkrarlayaq...
- Fyodor Mixayloviçin 4 uşağı var idi. Birincisi və axırıncısı hələ körpə ikən ölüblər. Dediyim kimi, Lyubanın uşağı olmayıb. Fyodor isə nəsli artırıb və həmin nəsil bugünə qədər davam edir. Ondan sonra növbəti uşaqlar yenə də Fyodor və Andrey olub. Üçüncü Fyodor 16 yaşında ölüb. Anası onun şeirlərini saxlayıb. Şeirlər "Dostoyevskilərin salnaməsi”ndə çap olunmuşdu. Həmin şeirləri 16 yaşlı gəncin yazdığını biləndə, yazıçılar sarsılıblar. O şeirlərdə nə qədər müdriklik var...
- Maraqlıdır, dalbadal üç Fyodor?
- Böyük oğulu atanın adı ilə adlandırmaq köhnə rus ənənəsidir. Andreyin də iki uşağı var idi - müharibəyəqədərki bacım və müharibədən sonrakı mən. Dmitriyə gəlincə, anam adımı erkən ölən qardaşının xatirəsinə adlandırıb. Mənimlə bacım Tatyana arasında 10 il fərq var. Biz ayrı-ayrı nəsillərik. Onun həyatı çox şeydə Lyubanın taleyini təkrarlayır. Bilmirəm ki, kimin həyatını yaşayıram.
- Sizin nəvəniz necə adlanır?
- Fedya. Fyodor- 4-cü. Mən adının İvan olmasını istəyirdim. Xoşuma gəlirdi ki, Aleksey, Dmitri var, qoy İvan da olsun. Mənim oğlum Aleksey Valaamada monastır flotunun kapitanıdır. O, orduda xidmət etdi və orada da qaldı. Onda hamı "uşaqları Çeçenistana göndərə bilərlər” deyə narahatlıq keçirirdi. Onun hələ ailəsi yox idi və nəsli davam etdirmək lazım idi. Ona Allah kömək oldu. Oğlum payız çağırışına gecikdi. İqumen ona əbədi xeyir-dua verdi. Bu, nadir hadisə idi. 20 ilə yaxındır ki, oğlum orada yaşayır. Gəmi kilsəyə çevriləndən sonra oğluma onun kapitanı olmağı təklif etdilər. O da razılaşdı.
- Sizin nəsli Hollivudla hansı hadisə bağlayır?
- Mən bu mövzu ilə bağlı az qala alışıb-yanıram. Anna Qriqoryevna ilə bağlı mövzunun orada ekranlaşdırılmasını istərdim. Mənim nənəm Yekatrina Petrovna ssenarini Anna Qriqoryevna ilə Fyodr Mixayloviçin söhbəti əsasında bədii sənədli mövzu kimi yazıb. Əlbəttə, nənəm ulu babamı görməyib: Dostoyevskinin oğlu ilə tanış olanda böyük yazıçı həyatda yox idi. Nənəm 1956-cı ildə ssenarini Hollivuda göndərib. 1957-ci ildə isə özü vəfat edib. Onun dediyinə görə, ssenari qəbul olunub. Sadəcə, müqavilə bağlamaq lazım idi, ancaq onda artıq nənəm həyatda yox idi. Ona görə də ssenarini arxivə atıblar. Mənə belə gəlir ki, ssenari Holivudun arxivlərində itməyib.
- İşləməyə həvəs də sizə genlə keçib?
- Həvəs həqiqətən də var. Fyodor Mixayloviç də belə insan olub. Bu sözləri atam haqqında deyə bilmərəm. Üstəlik, bizim genlərimizdə kin saxlamaq yoxdur. Fyodor Mixayloviç də belə idi. Anna Qriqoryevna bu barədə yazıb. O, kimisə özünün ədəbi düşməni adlandırsa da, onunla barışmağı arzulayırdı.
Rus mətbuatından çevirdi:
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər