• şənbə, 20 Aprel, 12:42
  • Baku Bakı 23°C

“Dostluq üçün futbol” turnirində Azərbaycanı təmsil edəcək nümayəndə müəyyənləşib

14.03.18 12:15 869
“Dostluq üçün futbol” turnirində Azərbaycanı təmsil edəcək nümayəndə müəyyənləşib
Moskvada keçiriləcək "Dostluq üçün futbol” (Football for Friendship) turnirində Azərbaycanı təmsil edəcək nümayəndə müəyyən edilib.
Mötəbər turnirdə ölkəmizi 12 yaşlı Conatan Ferqüsson təmsil edəcək.
Gənc futbolçu qapıçı kimi çıxış edəcək. Ferqüsson Kosta-Rika, Qırğızıstan, Sent-Lüsiya, Laos və Kamar adalarından olan gənc oyunçularla birlikdə çıxış edəcək.
Qeyd edək ki, Conatan Ferqüsson 2005-ci ildə Bakıda doğulub.
Azərbaycandan Moskvaya gənc jurnalist kimi Rəna Əliyeva göndəriləcək.
Qeyd edək ki, "Qazprom” İSC-nin himayədarlığı ilə "Dostluq üçün futbol” Beynəlxalq Uşaq Sosial proqramı 2013-cü ildən keçirilir.
Layihənin məqsədi – uşaq futbolunu inkişaf etdirərək uşaqlarda digər xalqlar və mədəniyyətlərə etiram və tolerantlığı tərbiyə etməkdir.
İştirakçıların dəstəkləyib irəliyə apardığı əsas dəyərlər – dostluq, bərabərlik, ədalət, sağlamlıq, sülh, sədaqət, qələbə, ənənələr və şərəfdir.
Xatırladaq ki, 2017-ci ildə Azərbaycanı təmsil edən Rəvan Kazımov turnirin qaliblərindən biri olub. (1news.az)
banner

Oxşar Xəbərlər