• cümə axşamı, 28 mart, 21:02
  • Baku Bakı 13°C

DOST mərkəzinin onlayn xidmətlər bazası genişləndirilir

21.05.19 15:45 424
DOST mərkəzinin onlayn xidmətlər bazası genişləndirilir
DOST konsepsiyası təkcə DOST mərkəzlərinə əyani müraciət edənlərə deyil, həmçinin müxtəlif kateqoriyalı imtiyazlı şəxslərə səyyar xidmətlərin göstərilməsini nəzərdə tutur. Eyni zamanda, DOST mərkəzinin onlayn xidmətlər bazası da mütəmadi olaraq genişləndiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindənAZƏRTAC-a bildirilib ki, DOST konsepsiyası üzrə yol xəritəsində DOST mərkəzlərində göstəriləcək 126 xidmətin 91-nin elektronlaşması nəzərdə tutulub. DOST layihəsinin icrasına başlanıldığı ötən 9 ayda bu xidmətlərdən 20-dən çoxu elektronlaşdırılıb. Növbəti iki ildə digərlərinin də elektronlaşdırılması təmin olunacaq, nəticədə onlayn platformada geniş DOST xidmətləri sistemi qurulacaq.
Onu da bildirək ki, gələn ildən respublikamızın regionlarında da DOST mərkəzləri şəbəkəsinin qurulmasına başlanacaq.
banner

Oxşar Xəbərlər