• şənbə, 20 Aprel, 16:49
  • Baku Bakı 23°C

Dost itkisi vaxt soruşmur

03.08.13 09:32 3196
Dost itkisi vaxt soruşmur
Eh, qədərin bu amansızlığını kim dəf edə bilib ki?! Heç bir qohumluq əlaqəmiz yox idi, amma mənə hamıdan əziz idi Flora Əhmədova. Ona həmişə mənəvi ehtiyacım var idi. Vaxtsız itirdiyim anamın, bacımın məhəbbətini onda tapmışdım. Elə bir bayram, əlamətdar gün olmazdı ki, hamıdan əvvəl məni Flora xanım təbrik etməsin. Həmişə də heyrət və xəcalət içində qalırdım. Axı o, məndən yaşda böyük idi. Gərək mən əvvəlcə ona zəng edərdim. Bu danlağım heç zaman bəhrə vermirdi. İndi bir ildir ki, o zəngi, o təbriki itirmişəm. Onun yoxuluğna heç inanmağım da gəlmir. Çünki Flora xanım o qədər həyatsevər, nikbin şəxsiyyət idi ki… Həmişə təbəssümlü çöhrəsindəki səmimiyyət, qeyri-adi bir xoş emosiya mənə qəribə təsir edərdi. Uzun illər respublikamızda yüksək vəzиfələrdə çalışmışdı. Olduqca sadə təbiətə, mehriban xasiyyətə malik idi. Hərdən inanmağım gəlməzdi ki, dostluq etdiyim, müsahibim olan, mənəvi cəhətdən çətinə düşəndə üstünə qaçdığım, dərdləşdiyim bu şəxsiyyət ədliyyə sistemində yüksək rütbəsi olan bir xanımdır. O, Azərbaycan qadınları arasında ilk dəfə general rütbəsi alan əməkdar hüquqşünas idi. Uzun illər İqtisad Məhkəməsinin (vaxtilə Arbitraj) sədri olmuşdu. Yüksək intellektual səviyyəsi, fəal mövqeyi, ən başlıcası, səmimiyyəti ilə məni özünə bağlamışdı.
Məhkəmə sədri işlədiyi vaxt ondan müsahibə almışdım. Söhbət zamanı öyrənmişdim ki, İrəvanda ziyalı ailəsində doğulub böyüyüb. Atası Cəfər Əhmədov o vaxt Ermənistanda məsul vəzifələrdə çalışmışdır. Zəngibasar, Basarkeçər rayonlarında raykom katibi işlямишди. Bir müddət «Sovet Ermənistanı» qəzetində çalışıb. Sonuncu iş yeri C.Cabbarlı adına Azərbaycan Dram Teatrı olub. O zaman İrəvana Bakıdan müxtəlif mədəniyyət xadlimləri, artistlər gələrdi. Flora xanım danışardı ki, mən ilk dəfə Əli Zeynalovu, İsmayıl Dağıstanlını, Əiayə Əliyevanı evimizdə görmüşəm. Hətta böyük müğənnimiz Bülbül, görkəmli dirijor Niyazi İrəvanda olanda mütləq Cəfər müəllimgildə qalardılar. 1946-cı ildə İrəvanda azərbaycanlılara qarşı gizli bir repressiya baş qaldırdı. Şəhərdəki Azərbaycan məktəblərinin əksəriyyəti bağlandı, ziyalılar işdən məhrum edildi. Uşaqlarını erməni dilində oxutmaq məcburiyyətində qalan soydaşlarımız nə edəcəklərini bilmirdilər. Cəfər Əhmədov son dərəcə təmkinli ağır adam idi. Köçmək haqqında fikirləşsə də, digər irəvanlılar kimi ev-eşiyini tərk etmək ona ağır gəlirdi. 1949-cu ildə ailə repressiyanın caynağına tuş gəlir. Flora xanım Əhmədovanın iki qardaşı bu dəhşətli hadisələrin qurbanı olub və onlar Bakıya köçüblər. Ara sakitləşdikdən sonra ailənin bütün yükü ananın çiyninə düşdü. Çünki Cəfər müəllim bu hadisələrə davam gətirmədi. Yuvasından perik düşən ailə dözüm taparaq yaşadı. Flora Əhmədova orta məktəbi Bakıda qızıl medalla bitirdi, konservatoriyaya daxil oldu. Gözəl səsi və incəsənətə olan marağı onu bu aли məktəbə çəkmişdi. Amma uşaqlığında gördüyü ədalətsizliklər ürəyində ağır daşa dönmüşdü. İkinci kursda fikrini dəyişib. Hüquqşünas olmaq istəyib. Ona görə də universitетin hüquq fakültəsinə daxil olub. Ali məktəbi bitirdikdən sonra hakim kimi fəaliyyətə başladı. Hüquq sistemində müxtəlif vəzifələrdə işlədi, yüksəldi. Respublikanın adlı-sanlı hüquqşünası kimi tanındı, sevildi. Tale elə gətirdi ki, rəsmi olaraq o, yenə də İrəvana döndü. İlk getdiyi yer evlərinin yerləşdiyi ünvan oldu. Doğma heç nə tapmasa da, uşaqlığını xatırlayıb qəhərləndi. Yadımdadır, o, bu hadisəni mənə danışanda təbəssümlü çöhrəsinə necə kədər qondu, səsi titrəyirdi, gözləri doldu.
Flora Əhmədovanın qohum-əqrabası böyük bir incəsənət sülaləsidir. Qayınları respublikanın xalq artisti Kərim Kərimov, Kamal Kərimov, baldızı əməkdar artist Rumiyyə Kərimova, həyat yoldaşı Nadir müəllim uzun illər televiziyada vokalist kimi çalışıblar. Bacısı Gülnarə Əhmədova operamızın solisti olub. qardaşları Fuad və Vaqif də musiqiçi idilər. Böyük qızı Elnarə Ankarada TRT-də uzun illər baş rejissor oldu. Hazırda gözəl bir musiqi kollektivinin rəhbəridir. İkinci qızı Dilarə xanım da musiqiçidir. Hələ nəvəsinin də gözəl musiqi duyumu var. Mən özüm də dəfələrlə şahidi olmuşam ki, Flora xanım yaxınlarının toyunda su sonası kimi süzərdi. Böyük oğlumun düyünцndəki rəqsi gözlərim önündən çəkilmir. Gözəl, məlahətli səsi vardı. Hərdən «Ayrılıq» mahnısını elə qəribə ahənglə ifa edərdi ki…
Bu qeyri-adi xanımın məziyyətləri çox idi. Mənim aləmimdə isə ən sədaqətli dost və etibarlı insan idi. Aramızdakı yaş və vəzifə fərqinə baxmayaraq bizim çox səmimi ünsiyyətimiz olub. Həmişə mənə «Floruçka» deyərdi. O qədər səmimi, mehriban müraciət edərdi ki, onun bu çağırışnынdan ötrü ürəyim gedərdi. Harda çətinə düşsəydim, mütləq dərdimi ona deyərdim. Qəribədir, o qədər həssas idi ki, səsimin ahəngindən özü hər şeyi hiss edərdi. Mütləq məni danışdırmağa çalışar, qəlbimi əzən fikirləri öyrənər, üzüntüdən xilas yollarını göstərərdi. Flora xanım xeyirxah idi. Heç kimdən köməyini, qayğısını əsirgəməzdi. Mən həyatımda iki vəzifəli şəxsiyyət gördüm ki, iş yerinə nə vaxt zəng etsəydin, telefonu məhz özü götürərdi. Bunun biri rəhmətlik Zəhra xanım Quliyeva idi, ikincisi də Flora xanım Əhmədova. İndinin özündə Mənzil-İstismar İdarəsinə müdirinə zəng etmək istəsən, bir Allah bilir ki, katibə səni necə azdıracaq. Çox vaxt da «yerində yoxdur» cavabını eşidəcəksən. İndi haqq dünyasına qovuşan bu nəcib xanımlar özləri vəzifəyə yaraşıq və gözəllik gətirmişdilər. Sadəlik böyüklükdür. Adiliklər içində çırpınanlar adilliyin nə olduğunu anlamazlar.
Onunla son dəfə 2012-ci il martın 10-da Mahnı Teatrında Milli Teatr Günü ilə bağlı keçirilən tədbirdə görüşdük. Bir sırada əyləşmişdik. Flora Əhmədova həm də şövqlü bir xanım idi. Yüksək zövqə və geyim mədəniyyətinə malik olan bu xanımın bütün varlığından alicənablıq yağırdı. O, olduqca kübar bir xanım idi. Tez-tez nəvələrindən danışaraq məndən də «balaşkalar necədir» soruşardı. O qədər yüksək səviyyəli söhbətlər edərdi ki, doymaq olmurdu ondan. İnsani məziyyətlərin hamısına malik idi. Mehriban həyat yoldaşı, gözəl ana, sədaqətli dost, ünsiyyətcil qonşu, işini bilən mütəxəssis, əsl vətəndaş, qeyrətli xanım, etibarlı insan, sözünün yiyəsi… Nə qədər saysan qutarası deyil. O görüşdən sonra biz ancaq telefonla əlaqə saxlayardıq. İş-gücdən baş açmaq olmurdu ki, görüşək. Ölümündən iki gün əvvəl də zəngləşmişdik. Məndən sonbeşiyimi soruşdu: «Bəhruza nə vaxt toy edirsən». Elə et ki, mən Bakıda olum. Yoxsa səndən inciyərəm. Bəs, mən indi kimdən inciyim? Axı sən həmişə vəfalı və sözünün yiyəsi idin, Flora xanım?! İndi budur, haqq dünyasına qovuşmağının bir ili tamam olur. Qızın Dilarə mənə zəng edib bu ağır günü yadıma salanda ürəyimin başı göynədi. Çox kövrəldim. «Allah rəhmət eləsin» ifadəsi boğazımda ilişdi. Xeyli müddət özümə gələ bilmədim. Axı sən Bəhruzun toyunda oynamalı idin. Buna söz vermişdin, sənin arzun idi. Bu payız o toy olacaq. Gözlərim qarşısında nəvən Ülkər dayandı. Sənə bənzəyən nəvən. Səni əvəz edə biləcəkmi?
Yaxşı ki, dünyada övladlar var. Qızların da özünə bənzəyir Flora xanım, vəfalı, etibarlı. Bir xiffətimi deyim ki, nə qədər həssas, mehriban, dostsevər olsalar da, həyatımdakı Flora Əhmədovanın yeri eləcə boş və ağrılı qalıb. Sən bir başqa aləm idin, Flora xanım! Səni necə unudum? Axı mənim dost itirən vaxtım deyildi? Dostluq gülüstanımın çiçəkləri saralır…
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
banner

Oxşar Xəbərlər