• cümə, 29 Mart, 05:29
  • Baku Bakı 7°C

DOST Agentliyi Koronovirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürdü

23.03.20 19:15 613
DOST Agentliyi Koronovirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürdü
DOST Agentliyi Koronovirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat vəsait köçürüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirusa (COVID-19) qarşı həyata keçirilən kompleks və məqsədyönlü tədbirlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyi də öz dəstəyini göstərib.
DOST Agentliyi dövlət başçısının Fərmanı ilə yaradılmış Koronovirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat vəsait köçürüb.
Agentliyin kollektivi əmindir ki, qlobal pandemiyanın respublikamızda yayılmasının qarşısının alınması üçün dövlətimiz tərəfindən aparılan ciddi proflaktik və preventiv tədbirlər öz uğurlu nəticəsini verəcək.
banner

Oxşar Xəbərlər