• cümə axşamı, 28 mart, 19:52
  • Baku Bakı 13°C

Dortmunddakı partlayışa görə Rusiya vətəndaşı həbs edildi

21.04.17 14:15 869
Dortmunddakı partlayışa görə Rusiya vətəndaşı həbs edildi
Çempionlar Liqasının 1/4 finalında keçirilən "Borussiya” - "Monako” oyunundan əvvəl baş verən partlayışa görə araşdırmalar davam edir.
Kaspi.az xəbər verir ki, artıq hadisə ilə bağlı həbs edilənlər var. Polis Sergey adlı Rusiya vətəndaşını saxlayıb. 28 yaşlı Sergey B. Aprelin 21-də həbs edilib.
İlkin məlumata görə, bu şəxs bir neçə cinayət hadisəsinin təşkil etməkdə və qətl törətməkdə şübhəli bilinir. Polisin versiyasına görə, kənardan idarə olunan bombanı avtobusun yaxınlığında məhz Sergey partladıb.
O, Baden-Vyurtemberqdə yaşayırmış. Polis onun mənzilində axtarış aparacaq. "Borussiya”nın avtobusunun yaxınlığında baş verən partlayışda dortmundluların futbolçusu Mark Bartra yaralanmışdı.
banner

Oxşar Xəbərlər