• cümə axşamı, 28 mart, 21:59
  • Baku Bakı 13°C

Doqquz bankın qorunan əmanətçilərinə 212 mln. manatdan artıq kompensasiya ödənilib

25.08.16 15:08 1356
Doqquz bankın qorunan əmanətçilərinə 212 mln. manatdan artıq kompensasiya ödənilib
Əmanətlərin Sığortalanması Fondu tərəfindən 24 avqust 2016-cı il tarixdə "Parabank” ASC-nin qorunan əmanətçilərinə 20,3 mln. manat, "Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 34,1 mln. manat, "Kredobank” ASC-nin qorunan əmanətçilərinə 9,9 mln. manat və "Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2,4 mln. manatdan artıq kompensasiya ödənilib.

Fonddan "APA-Economics”ə verilən məlumata görə, 4 bank üzrə ümumilikdə 66,7 mln. manatdan artıq kompensasiya ödənilib.

24 avqust 2016-cı il tarixdə "Atrabank” ASC-nin qorunan əmanətçilərinə 1,2 mln. manat, "Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 629 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 1,8 mln. manatdan artıq kompensasiya ödənilib.

24 avqust 2016-cı il tarixdə "Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln., "Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 895,5 min, "Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119,5 mln. manatdan artıq kompensasiya ödənilmişdir. 3 bank üzrə ümumilikdə 144,3 mln. manatdan artıq kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 212 mln. manatdan artıq kompensasiya ödənilib.
banner

Oxşar Xəbərlər