• cümə axşamı, 28 mart, 21:42
  • Baku Bakı 13°C

Doqquz ayda ictimai iaşə dövriyyəsi 6 faiz artıb

18.10.18 11:00 419
Doqquz ayda ictimai iaşə dövriyyəsi 6 faiz artıb
Yanvar-sentyabr aylarında ictimai iaşə dövriyyəsi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,0 faiz artaraq 1029,6 milyon manat olub.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildiriblər ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 41,8 faizi hüquqi şəxs statuslu müəssisələrin, 58,2 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artaraq 426,2 milyon manat təşkil edib.
banner

Oxşar Xəbərlər