Donnarumma satqındı - “Milan”ın əfsanəsi
"Milan”ın qapıçısı Canluici Donnarumma klubla müqavilə müddətini
uzatmaqdan imtina etdiyi barədə məlumat vermişdik.
Kaspi.az xəbər verir ki, bu barədə "rossonyerlər”in icraçı direktoru
Marko Fassone yerli mətbuata açıqlamasında bildirmişdi. Donnarummanın bu
hərəkətinə qarşı təpki özünü çox gözlətməyib. "Milan”ın əfsanəvi qapıçısı
Enriko Albertozi Donnarummanı satqın adlandırıb:
"18 yaşlı uşağın nəhəng klubun təklif etdiyi böyük müqavilədən imtina
etməsi ağılsızlıqdı. Nəyin xətrinə, məlum deyil. Digər klubda əsas heyətdə yer
onun üçün təmin olunmayıb.
Üstəlik, Donnarumma hələ böyük qapıçı olduğunu sübut etməyib. Düzdü,
o, özünün "Milan”da göstərə bildi. Amma bununla yanaşı, səhvləri də oldu. Daim
stabil çıxış etmədi.
Donnaruma "Milan”ı satdı, ona inan böyük kluba imtina cavabı verdi.
Bu klub 17 yaşında onun A seriyasına yolunu açmışdı. Canluici satqındı. O,
böyük səhvə yol verdi”.