• cümə axşamı, 25 aprel, 15:48
  • Baku Bakı 23°C

Donnarumma satqındı - “Milan”ın əfsanəsi

16.06.17 15:30 1497
Donnarumma satqındı - “Milan”ın əfsanəsi
"Milan”ın qapıçısı Canluici Donnarumma klubla müqavilə müddətini uzatmaqdan imtina etdiyi barədə məlumat vermişdik.
Kaspi.az xəbər verir ki, bu barədə "rossonyerlər”in icraçı direktoru Marko Fassone yerli mətbuata açıqlamasında bildirmişdi. Donnarummanın bu hərəkətinə qarşı təpki özünü çox gözlətməyib. "Milan”ın əfsanəvi qapıçısı Enriko Albertozi Donnarummanı satqın adlandırıb:
"18 yaşlı uşağın nəhəng klubun təklif etdiyi böyük müqavilədən imtina etməsi ağılsızlıqdı. Nəyin xətrinə, məlum deyil. Digər klubda əsas heyətdə yer onun üçün təmin olunmayıb.
Üstəlik, Donnarumma hələ böyük qapıçı olduğunu sübut etməyib. Düzdü, o, özünün "Milan”da göstərə bildi. Amma bununla yanaşı, səhvləri də oldu. Daim stabil çıxış etmədi.
Donnaruma "Milan”ı satdı, ona inan böyük kluba imtina cavabı verdi. Bu klub 17 yaşında onun A seriyasına yolunu açmışdı. Canluici satqındı. O, böyük səhvə yol verdi”.
banner

Oxşar Xəbərlər