• çərşənbə axşamı, 23 aprel, 19:08
  • Baku Bakı 20°C

Donald Tusk müxalifətə yerini göstərdi

23.07.15 18:00 1229
Donald Tusk müxalifətə yerini göstərdi
Cənubi Qafqaz ölkələrində səfərdə olan Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk iyulun 20-də Ermənistan rəsmiləri ilə yanaşı, bu ölkənin müxalifət liderləri ilə görüş keçirib. SİA-nın xəbərinə görə, bununla bağlı "Twitter" mikrobloqundakı səhifəsində məlumat verən D.Tusk Ermənistan müxalifətinin güclü və məsuliyyətli olduğuna da işarə vurub.
Azərbaycana səfəri çərçivəsində cənab Tusk Prezident İlham Əliyevlə görüşüb və dövlət başçıları birgə mətbuat konfransı keçiriblər. Sonra isə Avropa İttifaqı Şurasının prezidenti Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşərək müxtəlif məsələləri müzakirə edib. Məlumata görə, tədbirdə hakimiyyətlə konstruktiv əməkdaşlıq edən QHT rəhbərləri iştirak ediblər.
Nədənsə, D.Tusk özünü “ana müxalifət” hesab edən AXCP sədri Əli Kərimli, “real müxalifət qurumu” kimi qələmə verilən Milli Şuranın sədri Cəmil Həsənli, aldığı zərbələrdən hələ də dirçələ bilməyən Müsavat başqanı Arif Hacılı, həmçinin başı “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə söz atışmasına qarışan Müsavatın keçmiş sədri İsa Qəmbərlə görüşmək istəməyib. Görünür cənab Tusk hesab edib ki, Azərbaycanın cılız və miskin durumda olan müxalifəti ilə görüşməyin mənası yoxdur.
banner

Oxşar Xəbərlər