• şənbə, 20 Aprel, 07:55
  • Baku Bakı 14°C

Donald Tusk Böyük Britaniyanın yeni Brexit sövdələşməsinin inandırıcı olmadığını söyləyib

05.10.19 10:08 467
Donald Tusk Böyük Britaniyanın yeni Brexit sövdələşməsinin inandırıcı olmadığını söyləyib
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Böyük Britaniya Baş nazirinin Aİ ilə Brexit sövdələşməsinə dair yeni təkliflərinin açıq, lakin inandırıcı olmadığını söyləyib.
AZƏRTACxəbər verir ki, Donald Tusk "Tvitter” səhifəsindən paylaşdığı məlumatda bu gün iki telefon danışığı apardığını bildirib. Bunlardan 1-cisi İrlandiya Baş Naziri Leo Varadkarla olub. 2-ci danışığı isə Böyük Britaniyanın Baş Naziri Boris Consonla aparan Donald Tusk təkliflərin açıq, lakin inandırıcı olmadığını qeyd edib. Avropa İttifaqı Şurasının prezidenti müqavilədən hələ də əmin olmadığını söyləyib.
Qeyd edək ki, oktyabrın 17-də Avropa İttifaqı liderləri Böyük Britaniyanın Baş Naziri Boris Consonla görüşəcək.
banner

Oxşar Xəbərlər