• şənbə, 20 Aprel, 00:50
  • Baku Bakı 15°C

Donald Tramp özünün prezident seçkisi kampaniyasına başlayıb

19.06.19 14:00 505
Donald Tramp özünün prezident seçkisi kampaniyasına başlayıb
ABŞ Prezidenti Donald Tramp 2020-ci ildə keçiriləcək seçkilərdə yenidən dövlət başçısı seçilmək üçün rəsmən kampaniyanın başlandığını elan edib.
AZƏRTACxəbər verir ki, ABŞ-ın mərkəzi telekanalları Amerika liderinin Florida ştatının Orlando şəhərində tərəfdarları qarşısında çıxışını canlı yayımlayıb.
Donald Trampın sözlərinə görə, hazırda ölkə çiçəklənir və yeni zirvələr fəth edir. "Bütün dünya bizim iqtisadiyyatımıza həsəd aparır. Bəlkə də iqtisadiyyatımız ölkə tarixində ən yaxşı vəziyyətdədir”, - deyə o bildirib.
"Əgər siz rüşvətə qurşanmış sistemdən birdəfəlik qurtulmaq istəyirsinizsə, seçkiyə gəlin, səs verin, səs verin, səs verin... Son 2,5 ildə biz mühasirə vəziyyətində olmuşuq. Xüsusi prokuror Robert Müllerin məruzəsi bizə qələbə qazandırdı”, - Tramp siyasi rəqiblərindən danışarkən belə deyib.
Donald Tramp, həmçinin silahlı qüvvələri gücləndirdiyini, Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyini və Avropaya alternativ enerji daşıyıcıları mənbələri taparaq Rusiya üçün ciddi rəqabət yaratdığını vurğulayıb.
ABŞ-da 59-cu prezident seçkiləri 2020-ci il noyabrın 3-nə planlaşdırılır. Gələcək seçkiöncəsi kampaniyanın gedişində partiya fəallarının ilk iclasları 2020-ci il fevral ayının əvvəlində Ayova ştatında keçiriləcək. Demokratlar partiyasının prezident postuna namizədinin irəli sürüləcəyi qurultay 2020-ci il iyulun 13-16-da Viskonsin ştatının Miluoki şəhərində baş tutacaq. Respublikaçılar öz qurultaylarını avqustun 24-27-də Şimali Karolina ştatının Şarlott şəhərində keçirəcək.
Ekspertlərin fikrincə, hazırkı prezident Donald Trampın respublikaçılar arasında rəqibi yoxdur, demokratlardan isə ona sabiq vitse-prezident Co Bayden rəqib ola bilər.
banner

Oxşar Xəbərlər