• cümə, 29 Mart, 18:36
  • Baku Bakı 14°C

Donald Tramp: Neft bazarı çox həssasdır

08.11.18 13:45 1060
Donald Tramp: Neft bazarı çox həssasdır
Neft bazarı çox həssasdır.
AZƏRTACxarici KİV-lərə istinadla xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
"ABŞ tarixində ən sərt sanksiyaları tətbiq etmişdik. Lakin bəzi ölkələrə vaxt verdim, çünki onlar bunu xahiş etdilər. Neftin qiymətinin bir barrel üçün 100 və ya 150 dollara qalxmasını istəmirəm. Mən qiymətləri aşağı çəkirəm. Baxdığınız zaman neftin qiymətinin düşdüyünü görərsiniz”, - deyə ABŞ Prezidenti bildirib.
D.Tramp son aylarda neftin qiymətinin ucuzlaşdığını vurğulayıb: "Sanksiyalarda çox sərt olmaq əvəzinə neftin bəzi ölkələrə tədarükündə heç bir problem görmədik. Neftin qiymətinin yüksəlməsini istəmirəm. Çünki bazar çox həssasdır”.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp mayın 8-də ölkəsinin nüvə razılaşmasından birtərəfli çıxdıqdan sonra İrana qarşı sanksiyalar tətbiq edəcəyini açıqlamışdı. Bundan sonra ABŞ Maliyyə Nazirliyi Birləşmiş Ştatların İrana qarşı sanksiyalarının 90 və 180 günlük ara ilə iki mərhələdən ibarət olacağını bildirmişdi. 90 gündən sonra ilk sanksiya paketi avqustun 7-də qüvvəyə minib. 180 gündən sonra, yəni noyabrın 5-dən ikinci sanksiya paketi tətbiq olunmağa başlayıb. Sanksiyaların ikinci mərhələsi çərçivəsində İrandan neft idxalını əhəmiyyətli dərəcədə azaldan 8 ölkəyə - Türkiyə, Çin, Hindistan, Koreya Respublikası, İtaliya, Yunanıstan, Yaponiya və Tayvana 180 günlük müvəqqəti güzəşt tətbiq olunub. Sanksiyalar, həmçinin İranın liman operatorları, yük və gəmiqayırma sektorunu, İran İslam Respublikasının Gəmiçilik Xətləri (IRISL Group), Cənub Gəmiçilik Xətti şirkətləri və digər əlaqədar təşkilatları, İran Milli Neft Şirkəti (NIOC) və Milli Tanker Şirkəti (NITC) daxil olmaqla İrandan neft, neft məhsulları və neft-kimya məhsullarının satışını, eləcə də maliyyə sektorunu hədəf alıb.
Birləşmiş Ştatlar bu sanksiyalardan sonra İranın sutkalıq neft ixracının 1 milyon barrel azalacağını gözləyir.
banner

Oxşar Xəbərlər