• çərşənbə, 24 Aprel, 16:26
  • Baku Bakı 27°C

Donald Tramp məlumat sızmaları ilə mübarizəyə görə baş prokuroru tərifləyib

06.08.17 11:46 995
Donald Tramp məlumat sızmaları ilə mübarizəyə görə baş prokuroru tərifləyib
ABŞ prezidenti Donald Tramp hakimiyyət qurumlarından məlumat sızmaları ilə mübarizəyə görə baş prokuror, ədliyyə naziri Ceff Seşnsi tərifləyib.APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, D.Tramp bu barədə "Twitter” səhifəsində yazıb.
"Yaxşı kiBaş prokurorluqVaşinqtondan uzun illər davam edən məlumat sızmaları ilə mübarizədə hərəkətə keçməyə başlayıb! Milli təhlükəsizlik naminə nə qədər sərt olsa bir o qədər yaxşıdır!”, - deyə Tramp yazıb.
Qeyd edək ki, bundan əvvəl Tramp C.Seşnsi sərt tənqid edərək, ondan məyus olduğunu bildirmişdi.
ABŞ Senatı yay tətilinə getməzdən əvvəl qurumun təsdiqi olmadan baş prokurorun əvəzlənməsinin qarşısını almaq üçün tədbirlər görüb. Belə ki, Senat məzuniyyət dövründə prezident Donald Trampa təyinatlar etməyə qadağa qoyub.
Qeyd edək ki, ABŞ prezidentləri bu vaxtadək Konqres tətilində olan zaman dəfələrlə məmur təyinetmə hüququndan yararlanıblar.
banner

Oxşar Xəbərlər