• şənbə, 27 Aprel, 06:27
  • Baku Bakı 12°C

Donald Tramp Koreya yarımadasında sülhü təmin edəcək

23.05.18 09:15 496
Donald Tramp Koreya yarımadasında sülhü təmin edəcək
ABŞ prezidenti Donald Tramp KXDR-nın nüvə hərbi proqramının dayandırılmasına və Koreya yarımadasında sülh haqqında saziş imzalamağa nail olacaq.
Trend-in məlumatına görə, bunu Cənubi Koreya prezident iMun Çje İn amerikalı həmkarı ilə Ağ Evdə görüşdə jurnalistlərə bildirib.
Cənubi Koreya prezidenti deyib: "Mən əminəm ki, prezident Tramp qarşıdakı ABŞ-KXDR sammitini uğurla keçirib və son 65 il davam edən Koreya müharibəsinə son qoyaraq tarixi nəticəyə nail ola biləcək. Hesab edirəm ki, Tramp Şimali Koreyanın tam denuklearizasiyasına, Koreya yarımadaslnda daimi selh rejimi qurmağa və ABŞ-KXDR münasibətlərini normallaşdırmağa nail olacaq. Mən də bütün zəruri dəstəyi göstərmək üçün gücümü əsirgəməyəcəyəm".
banner

Oxşar Xəbərlər