• cümə, 19 Aprel, 15:04
  • Baku Bakı 25°C

Donald Tramp iyunun 29-da Cənubi Koreyaya səfər edəcək

24.06.19 14:30 366
Donald Tramp iyunun 29-da Cənubi Koreyaya səfər edəcək
ABŞ Prezidenti Donald Tramp iyunun 29-da Cənubi Koreyaya iki günlük səfər edəcək.
AZƏRTACYonhap informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreya lideri administrasiyasının nümayəndəsi Ko Min Çjun məlumat verib.
Onun sözlərinə görə, "Amerika - Cənubi Koreya alyansının gücləndirilməsi və Koreya yarımadasının tam nüvəsizləşdirilməsi vasitəsilə sülhün bərqərar olması üçün ikitərəfli əməkdaşlığın yolları” iyunun 30-da baş tutacaq ABŞ və Koreya Respublikası liderlərinin sammitində danışıqların əsas mövzuları olacaq.
Bir qədər əvvəl ABŞ Dövlət Departamentinin mətbuat katibi Morqan Ortequs da Donald Trampın iyunun 28-29-da Yaponiyanın Osaka şəhərində keçiriləcək İyirmilik qrupunun sammitindən dərhal sonra Cənubi Koreyaya səfər edəcəyini bildirmişdi.

banner

Oxşar Xəbərlər