• cümə axşamı, 28 mart, 12:14
  • Baku Bakı 16°C

Donald Tramp iyunda Cənubi Koreyaya səfər edəcək

16.05.19 09:30 531
Donald Tramp iyunda Cənubi Koreyaya səfər edəcək
ABŞ prezidenti Donald Tramp iyunun sonunda Koreya Respublikasına səfər edəcək.
Trend-in məlumatına görə, səfər zamanı D.Tramp ölkə prezidenti Mun Çje İnlə görüşəcək. Bu barədə Ağ evin mətbuat xidməti bildirib.
Məlumata əsasən, həmin vaxtda ABŞ prezidenti "G20" zirvə toplantısında iştirak edəcək.
Görüş zamanı iki ölkənin liderləri, ABŞ və Koreya Respublikası arasında ittifaqın gücləndirilməsi yollarını və iki ölkə xalqları arasında dostluq əlaqələrini müzakirə edəcəklər..
Qeyd edək ki, "G20" zirvə toplantısı iyunun 28-29-da Osakada keçiriləcək.
Yaponiyada bu cür forum ilk dəfə keçirilir.
banner

Oxşar Xəbərlər