• cümə axşamı, 28 mart, 21:12
  • Baku Bakı 13°C

Donald Tramp iyunda Böyük Britaniyaya səfər edəcək

23.04.19 09:51 426
Donald Tramp iyunda Böyük Britaniyaya səfər edəcək
ABŞ prezidenti Donald Tramp iyun ayında Böyük Britaniyaya səfər etmək niyyətindədir.
Trend-in "Sku News"a istinadən verdiyi məlumata görə, səfər zamanı D.Tramp Bukingem Sarayını ziyarət edəcək.
Bildirilir ki, ABŞ prezidentinin Böyük Britaniyaya baş tutacaq səfəri haqqında rəsmi məlumat yaxın 48 saat ərzində elan edilə bilər.
Qeyd edək ki, aprel ayının əvvəlində "The Sunday Times" qəzeti kraliça II Yelizavetanın D.Trampı Birləşmiş Krallığa dəvət edəcəyi barədə məlumat vermişdi.
banner

Oxşar Xəbərlər