• cümə, 29 Mart, 12:34
  • Baku Bakı 14°C

Donald Tramp İrlandiyaya səfər edəcək

22.05.19 11:15 328
Donald Tramp İrlandiyaya səfər edəcək
Ağ ev Donald Trampın iyunun 5-də İrlandiyaya səfər edəcəyi barədə məlumat yayıb.
AZƏRTACTASS informasiya agentliyinə istinadla xəbər verir ki, məlumatda ABŞ Prezidenti Donald Trampın və İrlandiyanın Baş naziri Leo Varadkarın iyunun 5-də Şannonda görüşəcəkləri bildirilir. Donald Tramp Böyük Britaniyaya dövlət səfərindən və İkinci Dünya müharibəsi zamanı müttəfiqlərin Normandiyaya dəniz desantı çıxarmasının 75-ci ildönümünü qeyd etdikdən sonra İrlandiyaya gedəcək.
banner

Oxşar Xəbərlər