• çərşənbə axşamı, 23 aprel, 19:45
  • Baku Bakı 20°C

Donald Tramp İranın Xarici İşlər naziri ilə görüşmək istəməyib

26.08.19 15:15 2474
Donald Tramp İranın Xarici İşlər naziri ilə görüşmək istəməyib
ABŞ Prezidenti Donald Tramp Fransanın Biarritz şəhərində keçirilən G7 sammitində İranın Xarici İşlər naziri Cavad Zəriflə görüşdən imtina etdiyini bildirib.
AZƏRTACReuters informasiya agentliyinə istinadla xəbər verir ki, Donald Trampın sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makron ondan Cavad Zərifin G7 sammitinə gəlməsinə razılıq verməsini xahiş edib.
ABŞ prezidenti deyib ki, belə görüş çox tezdir. O, İranı güclü dövlət kimi görmək istəyir və orada hakimiyyət dəyişikliyinə can atmır.
Cavad Zərifin bazar günü Fransaya səfər etməsi gözlənilməz olub – İranın Xarici İşlər naziri hələ avqustun 23-də Parisdə prezident Emmanuel Makronla nüvə sazişi ətrafında müzakirələr aparmışdı.
banner

Oxşar Xəbərlər