• cümə axşamı, 28 mart, 18:25
  • Baku Bakı 13°C

Donald Tramp Çinin ticarət üzrə dialoqu davam etdirmək istəyini alqışlayır

26.08.19 15:45 2584
Donald Tramp Çinin ticarət üzrə dialoqu davam etdirmək istəyini alqışlayır
Çin nümayəndələri ticarət məsələləri üzrə məsləhətləşmələrin davam etdirilməsinə hazır olduqlarını ifadə ediblər. Vaşinqton bu addımı alqışlayır.
AZƏRTACTASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Yeddilər qrupunun (G7) Fransanın Biarritz şəhərində keçirilən sammiti çərçivəsində Misir Prezidenti Əbdül Fəttah əs-Sisi ilə görüşündən öncə bildirib.
Donald Trampın sözlərinə görə, Çin nümayəndələri avqustun 25-də axşam saatlarında ABŞ rəsmilərinə zəng edərək danışıqların davam etdirilməsini istədiklərini deyiblər.
"Onlar bunun doğru addım olduğunu başa düşürlər. Bu, bütün dünyada hadisələrin inkişafı üçün müsbət hadisədir”, - deyə ABŞ prezidenti vurğulayıb.
banner

Oxşar Xəbərlər