Donald Tramp Barak Obamanı İŞİD-in təsisçisi adlandırıb
ABŞ prezidentliyinə respublikaçıların namizədi Donald Tramp ölkə prezidenti Barak Obamanı İŞİD terror təşkilatını yaratmaqda ittiham edib.APA-nın xəbərinə görə, D. Tramp bunu Florida ştatında çıxışı zamanı deyib.
"İŞİD-in yaradıcısı Obamadır. Razısınız?! İŞİD Obamaya rəğbət göstərir”, - deyə D. Tramp çıxışında qeyd edib.
Ag Ev D. Trampın çıxışına şərh verməyib.
Qeyd edək ki, bir müddət əvvəl D. Tramp prezident seçkilərində rəqibi, demokratların namizədi Hillari Klintonu da İŞİD-i yaratmaqda ittiham edib.