• cümə axşamı, 28 mart, 20:22
  • Baku Bakı 13°C

Donald Tramp: “Almaniya Rusiyanın girovudur”

11.07.18 14:00 643
Donald Tramp: “Almaniya Rusiyanın girovudur”
NATOzirvəsinə qatılmaq üçün Brüsseldə səfərdə olan ABŞ prezidenti Donald Tramp ittifaqın baş katibi Yens Stoltenberq ilə görüşdə Almaniyanı sərt tənqid edib.
APA-nın xəbərinə görə, D. Tramp Moskva ilə birlikdə "Şimal axını-2” qaz kəməri layihəsi həyata keçirən Almaniyanı Rusiyanın girovu adlandırıb: "Çox kədərləndiricidir ki, Almaniya Rusiya ilə qaz anlaşması əldə edir. Biz Almaniyanı müdafiə edirik, Fransanı müdafiə edirik, lakin bəzi ölkələr Rusiya ilə qaz kəmərinin tikintisinə dair razılığa gəlir. Biz sizi Rusiyadan müdafiə etməliyik, amma siz Rusiyanın sandığına milyardlarla dollar verirsiniz. Almaniya onların girovudur. Biz buna diqqət etməliyik”.
D. Tramp bildirib ki, Rusiya Almaniyaya tam nəzarət edir: "Yeni boru kəmərinin tikintisindən sonra təbii qazın 70 faizindən çoxu Rusiyadan gələcək”.
ABŞ prezidenti AlmaniyanınNATO-nun büdcəsinə sadəcə, öz ÜDM-nin 1%-i həcmində qatqı verdiyini söyləyib. O xatırladıb ki, "Nord Stream 2” şirkətinin Direktorlar Şurasının rəhbəri Almaniyanın keçmiş baş naziri Gerhard Şröderdir: "Siz mənə deyin, bu ədalətlidirmi? Axı bu, qəbuledilməzdir!”
D. Tramp Almaniyanın zəngin ölkə olduğunu və hərbi xərclərini dərhal artırmaq imkanına sahib olduğunu vurğulayıb. O qeyd edib ki, "Şimal axını-2” layihəsinin reallaşması ABŞ üçün qəbuledilməzdir. "Onlar qaz kəməri tikirlər, məqsəd Rusiyaya milyardlarla dollar ödəməkdir.NATObu məsələ ilə bağlı nəsə etməlidir, amma mən bilmirəm siz konkret nə edə bilərsiniz”, - deyə D. Tramp Y. Stoltenberqə müraciətlə söyləyib.
Qeyd edək ki, "Şimal axını-2” layihəsi Baltik dənizi vasitəsilə Rusiyadan Almaniyaya 55 milyard kubmetr ötürücülük gücünə malik yeni qaz kəmərinin tikintisini nəzərdə tutur.
banner

Oxşar Xəbərlər