• cümə, 29 Mart, 16:50
  • Baku Bakı 14°C

Dolu və yağış təsərrüfata ziyan vurub, mal-qara tələf olub

23.05.18 10:15 387
Dolu və yağış təsərrüfata ziyan vurub, mal-qara tələf olub
Gədəbəy rayonuna yağan güclü leysan yağışları təsərrüfata ziyan vurub.
"Report"un Qərb bürosunun məlumatına görə, leysan yağışları və dolu nəticəsində rayonun Mormor, Arabaçı, Çay Rəsullu və daha bir neçə kənd ərazisində təsərrüfata ziyan dəyib.
Bəzi kəndlərdə yolları sel suları dağıdıb. Kəndlərə düşən dolu nəticəsində meyvə ağaclarına və bəzi evlərin dam örtüyünə də zərər dəyib. Rayonun Xarxar kəndindəki dağlıq ərazidəki otlaq sahəsinə düşən ildırım nəticəsində 10-dan çox xırda buynuzlu heyvan tələf olub.
Leysan yağışlar, əsasən Şınıq bölgəsində intensiv olub və sakinlərin bildirdiyinə görə, bölgədə bir neçə kiçik körpünü sel aparıb.
Təbii fəlakətin vurduğu ziyanın hesablanması və yaratdığı problemlərin həlli istiqamətində iş aparılır.
banner

Oxşar Xəbərlər