• cümə axşamı, 25 aprel, 11:53
  • Baku Bakı 14°C

Dolların sabaha məzənnəsi 1,73 manat səviyyəsində müəyyən olunub

09.02.17 17:28 906
Dolların sabaha məzənnəsi 1,73 manat səviyyəsində müəyyən olunub
Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 10-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi 1,7301 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Dövlət Neft Fondunun da iştirakı ilə keçirilən hərracın və həmin vaxtadək banklararası bazarda aparılan əməliyyatların nəticəsində manatın orta çəkili məzənnəsi 1,7301 səviyyəsində formalaşıb.
banner

Oxşar Xəbərlər