• cümə, 19 Aprel, 15:11
  • Baku Bakı 25°C

Dollar və avro ucuzlaşıb

14.04.15 05:18 891
Dollar və avro ucuzlaşıb
Bu gün aprelin 13-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bir qədər zəifləyib.
"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) aprelin 14-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0023 manat və ya 0,22% ucuzlaşaraq 1,0514 manat səviyyəsində qərarlaşıb.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0055 manat və ya 0,49% ucuzlaşaraq 1,1106 manat olub.
banner

Oxşar Xəbərlər