• cümə, 19 Aprel, 03:44
  • Baku Bakı 18°C

Dollar 2015-ci ildən bəri ən minimal səviyyədə ticarət olunur

15.01.18 11:45 498
Dollar 2015-ci ildən bəri ən minimal səviyyədə ticarət olunur
Bugünkü ticarət sessiyasında dolların indeksi digər valyutalara qarşı ucuzlaşaraq 2015-ci ildən sonra ən minimal səviyyədə ticarət olunur.
"APA-Economics" xəbər verir ki, dolların indeksi 0,31% ucuzlaşaraq 90,69 səviyyəsinədək enib.
Dollar Yaponiya yeninə qarşı sonuncu ticarət sessiyasında 111,06 yen səviyyəsindən 110,66 səviyyəsinə qədər azalıb.
Avronun dollara qarşı məzənnəsi 1,2239 dollara yüksəlib ki, bu da 2014-cü ilin dekabrından ən maksimum səviyyədir. Sonuncu ticarət sessiyasının bağlanışında isə Avrozonanın vahid valyutasının dollara qarşı məzənnəsi 1,2197 dollar səviyyəsindən 1,2224 dollara çatıb. Dolların avroya qarşı məzənnəsi də üç illik minimuma enib.
Funt sterlinq isə 0,3% ucuzlaşaraq 1,2559 dollara çatıb.
banner

Oxşar Xəbərlər