• cümə, 19 Aprel, 03:02
  • Baku Bakı 18°C

“Dnepr“- “Qarabağ“ oyunu azərkeşsiz keçiriləcək

25.09.14 15:36 1484
“Dnepr“- “Qarabağ“ oyunu azərkeşsiz keçiriləcək
Avroliqanın qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Dnepr” cəzalanıb. Futbolxeber.az-ın məlumatına görə, Dnepropetrovsk klubu azarkeşlərin ucbatından qitə futbol qurumunun qəzəbinə tuş gəlib.
Belə ki, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən "Dnepr" - "Kopenhagen" matçında yerli azarkeşlərin xuliqanlığı "Dnepr"in 50 min avro həcmində cəzalandırılmasına səbəb olub. Bundan başqa, “Dnepr” avrokuboklardakı növbəti matçını boş tribunalar önündə keçirilməlidir. Həmin görüş isə “Qarabağ”la oyuna təsadüf edir. Bu hal qarşıdakı oyunlarda təkrarlanacağı halda, “Dnepr” 2 il müddətinə avrokuboklardan uzaqlaşdırılacaq.
Qeyd edək ki, "Dnepr" - "Qarabağ" matçı oktyabrın 23-də keçiriləcək.
banner

Oxşar Xəbərlər