• şənbə, 20 Aprel, 10:51
  • Baku Bakı 14°C

DMX rəisi Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşüb

28.10.16 16:26 937
DMX rəisi Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşüb
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Cənub Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Argentina Sabadoşla görüşdə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev BMqT ilə əməkdaşlıq çərçivəsində görülən işlərdən söhbət açıb. Bu yaxınlarda Cenevrədə təşkilatın baş direktoru Leysi Svinqlə görüşünü və aparılan müzakirələrin əhəmiyyətini qeyd edib. Xidmət rəisi miqrasiya proseslərinin idarəolunması, qanunsuz miqrasiyaya qarşı mübarizə kimi mövzularla bağlı fikirlərini bölüşüb.
Firudin Nəbiyev Prezident İlham Əliyevin imzaladığı Fərman və Sərəncamlara uyğun olaraq dövlət orqanlarının göstərdikləri xidmətlərin elektronlaşdırılması işinin Dövlət Miqrasiya Xidmətin tərəfindən müvəffəqiyyətlə həyata keçirildiyini, innovativ metodların tətbiqinə Xidmətdə geniş yer verildiyini söyləyib.
Emiqrasiya, immiqrasiya, tranzit və sığınacaq məsələlərindən irəli gələn prosedurların və proseslərin səmərəli şəkildə idarə olunması istiqamətində göstərilən səylərə töhfə vermək məqsədi daşıyan, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsinin icra vəziyyəti və əldə olunmuş nəticələrə toxunulub.
Qeyd olunub ki, 2014-cü ildən başlanılmış layihə çərçivəsində "Dövlət Miqrasiya Xidməti tərəfindən təyin olunmuş cərimələrin "ASANPAY” ödəniş sistemi vasitəsilə ödənilməsi” proqramı hazırlanıb.
Xidmət rəisi bu proqramı Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında sərhəd buraxılış məntəqələrində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidinin təmin edilməsi ilə bağlı qarşıya qoyulmuş tapşırığın icrası istiqamətində irəliyə atılmış addım kimi dəyərləndirib.
Sonra hazırlanmış proqramın təqdimat mərasimi keçirilib. Mərasimdə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndələyinin rəhbəri Serhan Aktoprak, Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosialİnnovasiyalarüzrə Dövlət Agentliyi sədrinin müavini Ülvi Mehdiyev, Avropa İttifaqının Azərbaycandakı nümayəndələyinin rəhbəri Malena Mard, bp-nin Azəri-Çıraq-Günəşli qlobal layihlər təşkilatı üzrə vitse-prezidenti Cathal Kelly və Beynəlxalq Miqrasiya Təşkilatının Cənub Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Argentina Sabadoş çıxış ediblər.
Daha sonra DMX-nin əməkdaşı Zəfər Şamilov proqramın əməliyyat imkanlarını əyani şəkildə iştirakçılara təqdim edib. Məlumat verilib ki, törətdiyi inzibati xətaya görə ölkədən çıxışına məhdudiyyət qoyulmuş əcnəbinin həmin ödəniş sistemi vasitəsilə cəriməsini ödədikdən sonra 2 dəqiqə ərzində müvafiq qaydada məhdudiyyətinin götürülməsini proqram təmin edir. Bu da həm maddi, həm də vaxt itkisinin qarşısını alır, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidinin təmin edilməsinə imkan verir. Proqram həm Azərbaycan, həm ingilis, həm də rus dillərindədir.
Tədbirin sonunda mərasim iştirakçıları Heydər Əliyev Beynəlxalq Hava Limanının uçub getmə terminalında quraşdırılmış "ASANPAY” ödəniş sistemi vasitəsilə proqramın işini əyani olaraq izləyiblər.


banner

Oxşar Xəbərlər