• cümə, 26 Aprel, 13:47
  • Baku Bakı 23°C

DMX Qusar rayonunda növbəti səyyar xidmət təşkil edib

25.11.16 16:44 1049
DMX Qusar rayonunda növbəti səyyar xidmət təşkil  edib
Xaçmaz regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Qusarda əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün səyyar xidmət təşkil edilib.
Səyyar xidmətin imkanlarından müraciət edən 46 şəxs istifadə edib. Onlardan 13 nəfərindən vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması, 7 nəfərdən müvəqqəti yaşama icazəsinin verilməsi ilə bağlı sənədlər qəbul olunub.8 şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqələri, 11 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib. 7 şəxsə isə təqdim etdikləri sənədlərdə mövcud çatışmazlıqlar izah edilib, həmçinin DMX-nin funksiyalarına aid olan xidmətlərlə bağlı qanunvericiliklə tələb olunan sənədlərin siyahısı verilib.
Müraciət edənlər səyyar xidmətin təşkilinə görə minnətdarlıqlarını bildirblər.


banner

Oxşar Xəbərlər