• cümə, 19 Aprel, 06:04
  • Baku Bakı 13°C

DMX-də Çin səfiri ilə görüş olub

08.04.16 15:45 1338
DMX-də Çin səfiri ilə görüş olub
Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuinlə görüşdə iki dövlət arasında miqrasiya sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Əvvəlcə, Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi istiqamətində son illər atılmış addımlar barədə söhbət açılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən ilin sonunda Çinə dövlət səfərinin və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə keçirdiyi görüş, bir sıra sahələrə dair əməkdaşlıq haqqında sənədlərin imzalanmsının tarixi əhəmiyyəti qeyd olunub. Ölkələrimiz arasında əlaqələrin perspektivlərinə, hər iki ölkə vətəndaşlarının qarşılıqlı gediş-gəlişlərinin artmasına, Böyük İpək Yolunun bərpasının bu proseslərə təsirinə diqqət çəkilib. Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda əldə olunmuş müvəffəqiyyətlərin, sosial-iqtisadi nailiyyətlərin, sabitliyin, təhlükəsizliyin yüksək səviyyədə təmin olunması nəticəsində respublikamızın miqrasiya baxımdan mənşə ölkəsindən tranzit və təyinat ölkəsinə çevrildiyini deyib. Bildirib ki, miqrasiya proseslərinin tənzimlənməsi və idarəedilməsi sahəsində ölkəmizdə əsaslı işlər görülüb. Qanunvericilik təkmilləşdirilib, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, ölkə ərazisində yaşamalarının əsasları və müddətləri, iş icazələrinin verilməsi, eləcə də nəzərdə tutulmuş digər müvafiq normaların tətbiqi sadələşdirilib.
Görüşdə müasir dünyada miqrasiya və miqrantlar mövzusunun aktuallığına diqqət çəkilib. Avropada yaşanan miqrant böhranı ilə bağlı danışılıb. Xidmət rəisi Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın ötən əsrin 80-ci illərin sonu 90-cı illərin əvvəllərində böyük miqrasiya problemi-bir milyon qaçqın və məcburi köçkün axını ilə üzləşdiyini qeyd edib. Bu gün də təcavüzün davam etdirildiyini bildirib və Azərbaycan hökumətinin qaçqın və məcburi köçkün həyatı yaşayan həmin insanların problemlərinin həlli üçün gördüyü işlərə, eyni zamanda son günlər erməni təxribatı nəticəsində cəbhə bölgəsində baş verən hadisələrə toxunub.
Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuin Azərbaycanın sürətli inkişafından, regionda gedən proseslərə təsirindən, aparılan abadlıq-quruculuq işlərindən məmnunluqla söhbət açıb, təmsil etdiyi ölkənin ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu söyləyib. Diplomat ölkəsi ilə Azərbaycan arasında miqrasiya sahəsində əməkdaşlıq imkanlarından bəhs edib.
Görüşdə səfir respublikamızda fəaliyyət göstərən Çin şirkətləri və iş adamlarının, eləcə də Çin Xalq Respublikası vətəndaşlarının miqrasiya sahəsində heç bir problemlə rastlaşmadıqlarını vurğulayıb. Həmçinin Azərbaycanın miqrasiya qanunvericiliyinə aid olan məsələlər və digər qarşılıqlı maraq doğuran mövzular barədə fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər