AZE | RUS | ENG |


DMX: Bu ilin 9 ayında 1,2 milyon əcnəbinin Azərbaycana girişi qeydə alınıb

DMX: Bu ilin 9 ayında 1,2 milyon əcnəbinin Azərbaycana girişi qeydə alınıb
"2017-ci ilin 9 ayında 2072076 halda 1243346 nəfər əcnəbinin Azərbaycana girişi, 2077544 halda isə 1 241 005 nəfər əcnəbinin ölkədən çıxışı qeydə alınıb".
 
Dövlət Miqrasiya Xidmətindən (DMX) APA-ya verilən məlumata görə, bunu DMX-nin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Xidmətdə 2017-ci ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş xidməti müşavirədə deyib.
 
F. Nəbiyev bildirib ki, 9 ayda ölkədə qalma müddətinə müvafiq olaraq, 633827  əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınmaqla bağlı müraciət edib: "Bu ilin doqquz ayında Bakı şəhərində, respublikanın digər  şəhər və rayonlarında keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanın miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərini pozulması ilə bağlı 17076 qərar qəbul edilib”.
 
DMX rəisi qeyd edib ki, hesabat dövründə Xidmətə Azərbaycan ərazisində olma və yaşama icazələrinin alınması, haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması, qaçqın statusunun müəyyənləşdirilməsi, Azərbaycan vətəndaşlığına qəbul, bərpa, xitam və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 66828 müraciət daxil olub: "Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərar qəbul edilib”.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6239
GBP 1 İngilis funt sterlinqi 2.2488
TRY 1 Türk lirəsi 0.4410
KWD 1 Küveyt dinarı 5.6261
SEK 1 İsveç kronu 0.2028
EUR 1 Avro 2.0070
CHF 1 İsveçrə frankı 1.7134
USD 1 ABŞ dolları 1.7002