• şənbə, 20 Aprel, 02:23
  • Baku Bakı 15°C

DMX: 573 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib

18.12.17 11:50 1645
DMX: 573 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib
"Azərbaycan hökuməti miqrantların hüquqlarının qorunması istiqamətində iş aparır”.
APA-nın xəbərinə görə, bunu Dövlәt Miqrasiya Xidmәti (DMX) rәisinin müavini, III dərəcəlidövlət miqrasiya xidmətimüşaviri Pәrviz Musayev Beynәlxalq Miqrant Gününә hәsr edilmiş tәdbirdə çıxışı zamanı deyib.
O bildirib ki, 2017-ci ilin 11 ayı ərzində 38020 nəfərə müvəqqəti, 2752 nəfərə daimi yaşama icazələri verilib.
P. Musayev qeyd edib ki, 378-i vətəndaşlığı olmayan şəxs olmaqla 573 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib: "3 nəfər ərizəçiyə, ailə üzvləri ilə birlikdə 8 nəfərə qaçqın statusu verilib. Ümumilikdə, 67 şəxs qaçqın statusu iləDövlət Miqrasiya Xidmətində qeydiyyatındadır. Onlardan 44 nəfər ərizəçi, 23 nəfər isə ərizəçinin ailə üzvləridir. 10 min nəfərdən çox əcnəbinin könüllü öz ölkələrinə qayıtmaları təmin edilib”.
banner

Oxşar Xəbərlər