• cümə, 29 Mart, 10:24
  • Baku Bakı 5°C

Dmitri Yablonski: Mehriban Əliyevaya Qəbələ Beynəlxalq Musiqi Festivalına hədsiz dəstəyinə görə minnətdaram

06.08.18 21:00 580
Dmitri Yablonski: Mehriban Əliyevaya Qəbələ Beynəlxalq Musiqi Festivalına hədsiz dəstəyinə görə minnətdaram
Bu il Qəbələ Beynəlxalq Musiqi Festivalı 10 illik yubileyini qeyd edir, bu müddət ərzində hədsiz sayda layihələr və konsertlər keçirilib.
Bunu Trend-ə festivalın bədii rəhbərlərindən biri, dünyaca məşhur dirijor və violonçel ifaçısı Dmitri Yablonski deyib.
D.Yablonski deyib: "İlk festivalı dünənki kimi xatırlayıram. Heydər Əliyev Fonduna, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya festivala hədsiz dəstəyinə görə minnətdarlığımı bildirirəm. Bu, çox qiymətlidir”.
Onuncu Qəbələ Bynəlxalq Musiqi Festivalının proqramı barədə danışan musiqiçi qeyd edib ki, tədbirdə Yerusəlim Simfonik Orkestri də qatılıb:"Bu il festivala əfsanəvi Yerusəlim simfonik orkestri gəlib. Bizim onlarla birgə çox sayda layihələrimiz var. Ən əsası Fərhad Bədəlbəyli ilə biz orkestrlə bərabər "Xocalı” layihəsini yaratdıq. Aleksandr Çaykovskiyə Xocalı faciəsinə həsr olunmuş musiqi əsəri sifariş etdik. Mayamidən Bostonadək möhtəşəm zallarda 17 konsert verdik. Bu, çox güclü əsərdir, bu layihə tarixə düşəcək”.
banner

Oxşar Xəbərlər