AZE | RUS | ENG |

Dmitri Verxoturov: "Rusiya Ermənistanın fəaliyyətinə daha sərt reaksiya verməlidir"

Dmitri Verxoturov:
Ermənistan rəhbərliyinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı sərt bəyanatlarından sonra Rusiyanın bir açıqlama verməsi kifayət deyil.

Bunu Trend-ə rusiyalı ekspert və ictimai xadim Dmitri Verxoturov Ermənistanda baş verən son hadisələri və Rusiya XİN rəhbəri Sergey Lavrovun bu barədə bəyanatını şərh edərkən deyib.

Ekspertin fikrincə, Ermənistanın kifayət qədər etibarlı müttəfiq olub-olmaması barədə sualı ortaya qoymağın vaxtı çatıb.

D.Verxoturovun sözlərinə görə, Robert Koçaryan və digərlərinin həbsinin bilavasitə səbəbi hakimiyyət uğrunda, daha doğrusu Yerevanda hakimiyyətin möhkəmləndirilməsi uğrunda mübarizədir: "Nikol Paşinyan bu yolla ona gələcəkdə çətinliklər yarada biləcək siyasi rəqiblərini kənarlaşdırır. Bu da həbs olunan siyasətçilərin Rusiyayönümlü olması ilə üst-üstə düşüb və şübhəsiz ki, baş nazirin fəaliyyəti Rusiyaya qarşı da yönəlib. KTMT-nin hazırkı sədrinə qarşı cinayət işi bu təşkilatın nüfuzuna zərbə, qurumun rəhbərliyinin iflic olunmasıdır, bir sözlə dostluq addımı deyil. Əgər dinc vaxtda bu cür insidentlər baş verirsə, daha ciddi vəziyyətlərdə "öz müttəfiqimizdən” nələr gözləmək olar?”

Ekspertin fikrincə, N.Paşinyan KTMT-ni çətin vəziyyətdə qoyub və bu insident Moskva üçün ciddi siqnal olmalıdır.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9190
GEL 1 1 Gürcüstan larisi 0.6284
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2078
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.6875
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.3101