AZE | RUS | ENG |

Dmitri Savelyev: Qonaqpərvərlik Azərbaycanın milli sərvətidir

Dmitri Savelyev: Qonaqpərvərlik Azərbaycanın milli sərvətidir
Bakıya ən müxtəlif xalqların, mədəniyyətlərin və dinlərin nümayəndələri gəlir, bu halda heç kəs Azərbaycanda özünü qərib hiss etmir, ən səmimi qəbulla qarşılaşır. Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, RF Dövlət Dumasının deputatı Dmitri Savelyev bu fikri AZƏRTAC-a müsahibəsində söyləyib. Onun sözlərinə görə, Azərbaycan qlobal miqyaslı idman, mədəni və siyasi tədbirləri ən yüksək səviyyədə təşkil etməyi bacardığını əməli surətdə sübut edib. Rusiyalı deputat deyib: "İki il bundan əvvəl Avropa Futbol Federasiyaları Assosiasiyası final matçlarının keçirilməsi üçün üç şəhər arasında seçim apararkən haqlı olaraq məhz Bakının namizədliyi üzərində dayandı. Mən özüm tez-tez Azərbaycanda oluram və açıq deyə bilərəm ki, bu ölkədə qonaqpərvərlik ab-havası milli sərvətdir: azərbaycanlılar son dərəcədə xeyirxah və səmimi insanlardır. Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Kroftsun fikrincə, gözəl Bakı şəhəri ingiltərəli fanatların xoşuna gələcək. Mən isə tam əminəm ki, Bakı Olimpiya Stadionunda keçiriləcək matç, necə deyərlər, hava şəraitindən asılı olmayaraq, dostluq ruhunda baş tutacaq, çünki idman ilk növbədə sülh və yalnız bundan sonra rəqabət deməkdir”.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8952
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1496
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.6853
KWD 1 1 Küveyt dinarı 5.5846
TRY 1 1 Türkiyə lirəsi 0.2775