• cümə axşamı, 25 aprel, 18:52
  • Baku Bakı 21°C

Dmitri Medvedev: “QDİƏT ölkələri arasında ticarət dövriyyəsinin həcmi artırılmalıdır”

22.05.17 15:40 685
Dmitri Medvedev: “QDİƏT ölkələri arasında ticarət dövriyyəsinin həcmi artırılmalıdır”
"Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında ticarət dövriyyəsinin həcmi artırılmalıdır”.
APA-nın məlumatına görə, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) dövlət və hökumət başçılarının İstanbulda keçirilən 25-ci zirvə toplantısında çıxış edən Rusiyanın baş naziriDmitri Medvedevdeyib. O bildirib ki, təşkilat gələcək üçün qarşısında daha iddialı vəzifələr qoymalıdır.
"İlk növbədə üzv ölkələr arasında ticarət dövriyyəsinin artırılmasına ehtiyac var. Bu məqsəd üçün çalışmalıyıq. Üzv ölkələr arsında ticarət dövriyyəsi pis olmasa da, potensialdan aşağıdır. Ötən il təşkilata üzv ölkələr arasında ümumi ticarət dövriyyəsinin azalması müşahidə edilib. Bunun səbəbləri araşdırmalıdır. Bu, bir tərəfdən xarici amillərdən, regiona investisiya yatırılmasının azalması faktorundan asılıdır. Biz ticarətin asanlaşdırılması istiqamətində çalışırıq. Rusiya bu məqsədlə bir neçə formatın hazırlanması istiqamətində işləyir. Biz digər regional iqtisadi təşkilatlarla əməkdaşlığı gücləndirməliyik”, - deyə D. Medvedev vurğulayıb.
banner

Oxşar Xəbərlər