AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Dmitri Medvedev İrəvana səfər edib

Dmitri Medvedev İrəvana səfər edib

Təfsilat
20 May 2016, 10:24 651
Rusiyanın baş naziri Dmitri Medvedev  ötən gecə Ermənistanın paytaxtı İrəvana səfər edib.
 
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, səfərin məqsədi Avrasiya İqtisadi  Birliyinə (AİB) üzv ölkələrin hökumət başçılarının iştirak edəcəyi Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etməkdir.  
 
Məlumata görə, bu cür görüşlər, adətən, hər üç aydan bir keçirilir. İrəvanda bu gün keçiriləcək iclasın Avrasiya İqtisadi  Birliyinin fəaliyyətə başladığı 2015-ci ilin yanvarın 1-dən bu vaxtadək sayca beşinci olduğu bildirilir.   
 
Qeyd edək ki, cari ilin ilk iclasının İrəvanda keçirilməsi planlaşdırılmışdır, lakin aprelin 13-də Moskvada baş tutub.   
 
Gömrük ittifaqı və vahid iqtisadi məkan bazasında yaradılmış Avrasiya İqtisadi  Birliyi  2015-ci ilin yanvarın 1-dən fəaliyyətə başlayıb. Birliyə Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan daxildir.