• cümə axşamı, 25 aprel, 15:34
  • Baku Bakı 23°C

Dmitri Medvedev İlham Əliyevi təbrik edib

12.10.13 11:05 1295
Dmitri Medvedev İlham Əliyevi təbrik edib
APA-nın məlumatına görə, məktubda deyilir: “Sizi prezident seçkilərində qələbə münasibətilə təbrik edirəm.
Seçki kampaniyası bir daha təsdiq edib ki, Azərbaycan vətəndaşları Sizin ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, irimiqyaslı sənaye və infrastruktur layihələrinin həyata keçirilməsinə yönəlmiş xəttinizi tamamilə dəstəkləyirlər.
Biz ənənəvi Rusiya-Azərbaycan dostluq münasibətlərinin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk. Əminəm ki, səmərəli ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi Rusiya və Azərbaycan xalqlarının köklü maraqlarına tam mənada cavab verir.
Hörmətli İlham Heydər oğlu, Sizə məsul fəaliyyətinizdə yeni uğurlar, möhkəm cansağlığı və firavanlıq arzulayıram”.
banner

Oxşar Xəbərlər