• cümə axşamı, 25 aprel, 15:16
  • Baku Bakı 23°C

Dizellə işləyən nəqliyyat vasitələri qadağan ediləcək

02.02.19 17:15 579
Dizellə işləyən nəqliyyat vasitələri qadağan ediləcək
Balear Adaları Muxtar Birliyi dizel yanacağı ilə işləyən nəqliyyat vasitələrini Birlik ərazisində 2025-ci ildən qadağan edən qanunu bu ay təsdiq etmək niyyətindədir.
Regional hökumətin bu qanun layihəsi Avropa Komissiyasına İspaniya Avtomobil və Yük Maşınları Assosiasiyası (ANFAC) tərəfindən təqdim edilib.
Gözlənildiyinə görə, Balear adaları parlamenti iqlim dəyişmələri və çirkləndirici tullantıların tədricən azaldılmasına imkan verən enerji daşıyıcılarına keçid haqqında qanunu növbəti plenar iclasında təsdiq edəcək.
2020-ci ildən başlayaraq "Es Murterar de Alcudia” istilik elektrik stansiyası kimi çirkləndirici elektrik stansiyalarının tədricən bağlanması gözlənilir. Bu tədbirlər Menorka, İbitsa və Formenterdə yerləşən zavodlara da şamil ediləcək. Gələcək qanuna görə, bələdiyyələr müəyyən edilmiş havanın keyfiyyəti normalarının son həddini aşan rayonlarda nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdıra bilərlər. Digər tərəfdən, gəmilərin ətraf mühiti çirkləndirməsinin azaldılması üzrə tədbirlər görüləcək. Bu tədbirlər hava nəqliyyatı ilə bağlı tullantılara da şamil ediləcək.
banner

Oxşar Xəbərlər