• çərşənbə axşamı, 16 aprel, 21:42
  • Baku Bakı 18°C

Direktorun döyülməsi faktı ilə hüquq-mühafizə orqanları məşğuldur

21.11.18 10:08 613
Direktorun döyülməsi faktı ilə hüquq-mühafizə orqanları məşğuldur
Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevin hücuma məruz qalması cinayət hadisəsidir.
Trend-in məlumatına görə, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevin sağlamlığına ciddi xəsarət yetirilib:
"Hazırda o, xəstəxanadadır. Məsələ Təhsil Nazirliyi rəhbərliyinin bilavasitə diqqət mərkəzindədir. Baş verənlər cinayət hadisəsidir. Cinayətin araşdırılması ilə hüquq-mühafizə orqanları məşğuldur. Biz baş verən hadisəni qınaya bilərik".
Qeyd edək ki, dünən Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevin aktyor Rza Rzayev tərəfindən döyülməsi barədə məlumatlar yayılıb.
banner

Oxşar Xəbərlər