• cümə, 29 Mart, 15:01
  • Baku Bakı 14°C

Direktor və müəllimlərin işə qəbulu qaydalarında yenilik olacaq

26.04.18 13:00 535
Direktor və müəllimlərin işə qəbulu qaydalarında yenilik olacaq
"Bu il məktəb direktorlarının və müəllimlərin işə qəbulu qaydalarında yeniliklər olacaq”.
APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib.
Onun sözlərinə görə, müəllimlərin işə qəbul qaydaları ilə bağlı layihə hazırlanıb, qaydalarda yeniliklərin tətbiqi planlaşdırılır: "Müəllimlərin işə qəbul qaydaları növbəti həftələrdə təsdiq olunacaq. Layihə təsdiqləndikdən sonra əlavə məlumat veriləcək".
E. Bağırov qeyd edib ki, bu il məktəb direktorlarının işə qəbulu ilə bağlı müsabiqənin keçirilməsi də nəzərdə tutulub: "Direktorların işə qəbulu qaydalarında da dəyişikliklər ediləcək. Lakin hələlik qaydalar hazır deyil".
banner

Oxşar Xəbərlər